Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - Fotolar
Tarix: 21-10-2024 13:47 | Bölmə: Slayd
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb

Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsində Çasavoy Yarı fəal şəkildə ələ keçirməyə çalışır və bu istiqamətdəki müdafiə artıq yarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşrinin analitiki Julian Repke bildirib.

Məlumata görə, ruslar bir neçə ay idi ki, keçə bilmədikləri Siverski Donetsk-Donbass kanalını artıq keçiblər. Cümə günündən etibarən çeçenlər Çasovoy Yarın artıq tərk edilmiş dairəsinin sonunda 2,5 km irəliləyiblər:



“Beş aylıq qızğın döyüşlərdən sonra Rusiya ordusu günortadan sonra Çasovoy Yarın Ukrayna cəbhəsini yarıb və kanaldan 2,5 km kənarda yerləşən sənaye zonasına yerləşib”.

Analitikin dediyi kimi, çox güman ki, rus ordusu içəri girmək üçün çox gözləməyəcək, əksinə, çölə dönüb Çasovoy Yarın mərkəzinə doğru irəliləyəcək.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}