15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Bakıda tuneldə batan iki nəfərin meyiti tapılıb - (Yenilənib)
Tarix: 22-10-2024 16:15 | Bölmə: Slayd
Bakıda tuneldə batan iki nəfərin meyiti tapılıb - (Yenilənib)

Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi" kimi tanınan ərazidə iki nəfər batıb. 

Məlumata görə, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.

Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb.

Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı(Milli.az).

***

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Reyting.az
xəbər verir ki, bu barədə  FHN Mətbuat xidməti məlumat yayıb.

***

Subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}