Ruslar qəsəbəni ələ keçirib, digər məntəqələrə doğru irəliləyirlər
Tarix: 23-10-2024 09:56 | Bölmə: Slayd
Ruslar qəsəbəni ələ keçirib, digər məntəqələrə doğru irəliləyirlər

Rusiya ordusu Ukraynanın Novosadovo yaşayış məntəqəsini tam nəzarətə götürüb və bir sıra yaşayış məntəqələrinə doğru irəliləyib.

Reyting.az
xəbər verir ki, ruslar Donbassda irəliləməyə davam edirlər.

Cəbhədəki mövcud vəziyyəti izləyən “DeepState” monitorinq layihəsinə görə, Rusiya Luqansk və Donetsk vilayətlərinin sərhəddindəki Novosadovo qəsəbəsini işğal edib.

Bundan əlavə, ruslar Xarkov vilayətinin Kruqlyakovka, Donetsk vilayətinin Boqoyavlenka, Zoryanı, Selidovo və Novodmitrovka yaxınlığında da irəliləməyi bacarıblar.

Toretskdəki vəziyyətə gəlincə, xəritədən görünür ki, rusların 3-cü ayrıca motoatıcı briqadası şəhərdə irəliləməkdə davam edir.

Bu arada Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin spikeri Vladislav Voloşin bildirib ki, rus ordusu Dnepr istiqamətində intensiv hücumlar həyata keçirir. Onlar Xersonu daha çox təhdid etmək üçün adaları tutmağa çalışırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}