İsrail “Hizbullah”ın xəzinəsini aşkar edib - Sığınacaqda milyonlarla dollar və qızıl saxlanılır
Tarix: 23-10-2024 10:41 | Bölmə: Slayd
İsrail “Hizbullah”ın xəzinəsini aşkar edib - Sığınacaqda milyonlarla dollar və qızıl saxlanılır

Beyrutda bir xəstəxananın altında gizli sığınacaq olduğu, həmin sığınacaqda “Hizbullah”ın milyonlarla dolları və qızılı saxlanıldığı iddia edilir. Xəstəxana rəhbərliyi bunu inkar etsə də, İsrail tərəfi xəzinəyə girişin bitişik binalardan olduğunu bildirir.

Reyting.az
xəbər verir ki, İsrail ordusunun Livanda “Hizbullah”a qarşı hücumları davam edərkən, paytaxt Beyrutdakı Sahel xəstəxanası ilə bağlı maraqlı müzakirələr gedir.

İsrail xəstəxananın altında yüz milyonlarla dollar dəyərində nağd pul və qızılın saxlandığı bunker olduğunu iddia edir. Hətta bununla bağlı videolar da yayımlayıblar. Videoda xəstəxananın altında olduğu bildirilən gizli otaqların eskizi göstərilib və bu əraziyə girişin ətrafdakı iki binadan olduğu qeyd edilib.



Bildirilir ki, Sahel xəstəxanasının altındakı sığınacaqda saxlanılan 500 milyon dollardan çox nağd pul və qızıl “Hizbullah”-la İranın razılaşmaları sayəsində əldə edilib və terror məqsədləri üçündür.

İsrail Livan xalqının narahatlığına görə kompleksi vurmayacağını açıqlayıb, lakin Livan hökumətini pulları ələ keçirməyə çağırıb.

Xəstəxana rəhbərliyi “Hizbullah”la heç bir əlaqəsinin olmadığını deyib və zirzəmi mərtəbələrini jurnalistlərə göstərib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}