Prezident İlham Əliyev Rusiyada səfərdədir - (Yenilənib) - Fotolar
Tarix: 23-10-2024 12:59 | Bölmə: Slayd
Prezident İlham Əliyev Rusiyada səfərdədir - (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Reyting.az
xəbər verir ki, İlham Əliyevin təyyarəsi Kazan Beynəlxalq Hava Limanına enərkən onu hərbi helikopterlər müşayiət edib.

Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Kazan Beynəlxalq Hava Limanında İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.

***

Prezident İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

Reyting.az
bildirir ki, görüşdə Tatarıstan lideri Azərbaycan prezidentinə orden verib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Tatarstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.


Bu barədə Fərmanı Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.








Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}