İnsultdan qorunmağın səkkiz yolu var
Tarix: 23-10-2024 13:30 | Bölmə: Slayd
İnsultdan qorunmağın səkkiz yolu var

ABŞ-da hər il orta hesabla 160 min insan insultdan dünyasını dəyişir, lakin həyat tərzindən asılı olaraq bunun 80 faizinin qarşısını almaq mümkündür.

Reyting.az
xəbər verir ki, bunu Amerika Ürək Dərnəyi bildirir və insultun qarşısını almaq üçün 8 həyat tərzi tövsiyə edir.

Qeyd edilir ki, gənclərdə insult nisbəti piylənmə, yüksək təzyiq, asılılıq və stress səbəbindən yüzdə 14,7 civarında artıb.

İnsulta qarşı divar yarada bilən 8 standart var və bunlar aşağıdakılardır:

- Sağlam diet: zeytun yağı, tam taxıl, yağsız balıq, mərcimək və qoz-fındıqdan ibarət Aralıq dənizi pəhrizi tövsiyə olunur.

- Duz: gündə maksimum 2300 milliqram duz istehlak edilməlidir.

- Kalium: banan, ərik, şirin kartof və yüksək kalium ehtiva edən kök tərəvəzlər tövsiyə olunur.

- Hərəkət: həftədə ən az 150 dəqiqə ritmik məşq edilməlidir.

- Çəki: ideal çəki əldə edilməli və piylənmənin qarşısı alınmalıdır.

- Yuxu: yarımçıq yuxu insult riskini artırır. Yuxu apnesinə diqqət yetirin.

- Siqaret: Təbii ki, istehlak edilməməlidir. Əgər alkoqol içilirsə, dayandırılmalıdır.

- Qan təzyiqi: yuxarıdakı qaydalara əməl etməklə təzyiq, xolesterin və şəkər balanslaşdırılmalıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}