17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
İsrail İrana hücum etmək üzrədir
Tarix: 24-10-2024 08:51 | Bölmə: Slayd
İsrail İrana hücum etmək üzrədir

İsrail dövlət televiziyası KAN iddia edir ki, Təl-Əviv hücumu yumşaltmaq üçün ABŞ-nın təzyiqinə baxmayaraq İrana hücum etmək üzrədir.

Reyting.az
-ın məlumatına görə, KAN adı açıqlanmayan İsrail rəsmilərinə istinadla bildirir ki, İsrail İrana mümkün hücuma hazırlıq mərhələsindədir.

Xəbərdə ABŞ-nın diqqətinin İrana hücuma yönəldildiyi və hücumun yumşaldılması üçün Təl-Əvivə təzyiq edildiyi bildirilir.

İsrailin müdafiə naziri Yoav Gallant hərbi bazaya səfəri zamanı ölkəsinin İrana mümkün hücumu ilə bağlı açıqlamalar verib. O, “İrana hücum etdikdən sonra hər kəs hazırlıq və təlim prosesində nə etdiyinizi anlayacaq”, - deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində dünən İsrailə gəlib və daha sonra Səudiyyə Ərəbistanına yollanıb. İsrail mediası yazır ki, Blinken Təl-Əvivdən İrana hücumu yumşaltmağı istəyib. Üstəlik, o, dünən Təl-Əvivdə verdiyi açıqlamada İsrailin İrana cavabının “gərginliyi artırmaması” barədə xəbərdarlıq edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}