17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Rus ordusu Ukraynanın daha bir bölgəsində irəliləyir - Foto
Tarix: 24-10-2024 09:19 | Bölmə: Slayd
Rus ordusu Ukraynanın daha bir bölgəsində irəliləyir

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində irəliləməyə davam edir. Xüsusən də Selidovo bölgəsində təzyiq göstərir və son 24 saat ərzində bu yaşayış məntəqəsi yaxınlığında üstünlük qazanıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıblar.

Məlumata görə, ruslar Donbassda daha üç yaşayış məntəqəsində - Konstantinovka, İzmailovka və Boqoyavlenka yaxınlığında da uğur qazanıblar.

Xatırladaq ki, alman analitiki Julian Repke oktyabrın 23-də bildirib ki, rus ordusu Selidovoya daxil olub və bayraqlarını asmağa başlayıblar.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş spikeri Vladislav Seleznevin qeyd etdiyi kimi, Selidovo bölgəsində vəziyyət Toretsk bölgəsindən heç də az mürəkkəb deyil. Onun sözlərinə görə, düşmən cinahdan hücumlar taktikasının tətbiqini davam etdirir ki, bu da ukraynalı əsgərlərin mühasirəyə düşməsi ilə nəticələnə bilər.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}