17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
7 ölkə Ukraynanın NATO-ya üzv olmasını istəmir
Tarix: 24-10-2024 10:42 | Bölmə: Slayd
7 ölkə Ukraynanın NATO-ya üzv olmasını istəmir

NATO üzvü olan 7 ölkə Ukraynanın alyansa dəvət edilməsinin əleyhinədir.

Reyting.az
xəbər verir ki, bunu “Politico” nəşri Vaşinqtondakı və hərbi-siyasi blokdakı mənbələrinə istinadla yazıb.

Almaniya və ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəni dərhal NATO-ya üzv etmək çağırışına cavab verməyə gecikən ən böyük dövlətlərdir. Onlar Rusiya ilə müharibəyə cəlb olunmaqdan ehtiyat edirlər.

Digər ölkələrə gəldikdə, Macarıstan və Slovakiya müqavimət göstərir. Onların hazırkı liderləri Kremlpərəst mövqe tutur. Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynanı silahlandırmaq üçün ayrılan vəsaitləri bloklayıb və Kiyevə ölümcül yardım göstərməmək üçün NATO proqramından çıxıb.

Öz növbəsində, Slovakiya prezidenti Robert Fiko bu ayın əvvəlində Ukraynanın NATO-ya daxil olmasının “Üçüncü Dünya Müharibəsi üçün yaxşı əsas olacağı” xəbərdarlığını edib və bununla “heç vaxt razılaşmayacağını” deyib.

NATO rəsmilərindən biri nəşrə bildirib ki, Belçika, Sloveniya və İspaniya da Ukraynanı bloka dəvət etməyin əleyhinədir. Bununla belə, onlar “ABŞ və Almaniyanın arxasında gizlənirlər”.

İkinci şəxs isə deyib ki, bu ölkələr “mücərrəd şəkildə bu ideyanı dəstəkləyir, amma reallaşmağa yaxınlaşan kimi” daha çox açıq şəkildə ona qarşı çıxmağa başlayacaqlar. Bu, Ukraynanı NATO-ya dəvət etmək fikrinə çox həvəsli olan Baltikyanı ölkələr və Polşa ilə ziddiyyət təşkil edir.

Eyni zamanda, “Politico” ilə söhbət edən rəsmilər vurğulamağa çalışıblar ki, nə ABŞ, nə də Almaniya Ukraynanın alyansa qoşulma ehtimalını istisna etmir. Bayden administrasiyasının mövqeyi uzun müddətdir ki, NATO-ya üzvlüyün müharibə bitdikdən sonra baş verəməsidir, lakin heç bir zaman çərçivəsi göstərilməyib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}