23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

İranın İsrailə cavabı necə olacaq?
Tarix: 28-10-2024 11:38 | Bölmə: Slayd

İran liderləri oktyabrın 26-da İsrailin genişmiqyaslı əməliyyatına cavab olaraq ondan hərbi qisas almaq variantlarını nəzərdən keçirirlər.
Xatırladaq ki, yəhudi dövləti regional düşmənə 3 dalğada hücum edərək, ballistik raket proqramının mühüm komponentini sıradan çıxarmağa cəhd edib. Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi hərbi əməliyyatın miqyasının gözlənildiyindən daha təvazökar olmasına baxmayaraq, Tehran “balanslı və düşünülmüş” cavab verəcəyini bildirib.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Ölkənin Ali dini lideri Xamnəi deyib ki, İran İsrailin hücumuna necə cavab verəcəyini müəyyən etmək niyyətindədir. “Onlar (israillilər - NG) İran millətinin və gəncliyinin gücünü, qətiyyətini və yeniliklərini dərk etməlidirlər, - deyə o qeyd edib. - Millətin və ölkənin mənafeyinə uyğun olanı etmək lazımdır”.
İsrail ordusu (IDF) oktyabrın 26-da birbaşa zərbələr mübadiləsi çərçivəsində İrandakı hərbi hədəflərə hücum barədə məlumat verib. Əməliyyat üç raundda həyata keçirilib. Hücumların birinci dalğası İranın hava hücumundan müdafiəsini zəiflətmək, ikinci və üçüncüsü isə raket və pilotsuz təyyarə bazalarına, eləcə də silah zavodlarına yönəlib. Söhbət Tehran şəhəri, habelə İlam və Xuzistan əyalətlərindəki obyektlərdən gedir.
İslam Respublikası hava hücumundan müdafiə vasitələrinin əsas hücumu uğurla dəf etdiyini və zərərin məhdud olduğunu bildirir.
Bununla belə, iranlı hərbçilər arasında itkilər var. İslam Respublikasının Müdafiə Nazirliyi azı 2 (əslində, 4 – red.) hərbçinin həlak olduğunu bildirib.
Prezident Məsud Pezeşkian deyib: “İran övladları öz vətənlərinin sərhədlərinin bütövlüyünü qorumaq üçün canlarını fəda etdilər. Cəsur ordunun əsgərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, onların ailələrinə və qəhrəman insanlara başsağlığı verirəm. Düşmənlər bilməlidirlər ki, İran xalqı qorxmadan öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxacaq. İstənilən axmaqlığa cavab balanslı və düşünülmüş olacaq”.
İranlı diplomatlar BMT Təhlükəsizlik Şurasının sədri kimi İsveçrədən İsrailin hücumu ilə bağlı təcili iclas çağırmağı xahiş ediblər: “İsrail rejiminin davam edən və sistematik təcavüzünün nəticələrini nəzərə alaraq, İran İslam Respublikası BMT Baş katibini və Təhlükəsizlik Şurasını qəti mövqe nümayiş etdirməyə və İsrail rejimini bu təcavüz aktlarını törətdiyinə görə qəti və birmənalı şəkildə qınamağa çağırır.
Beynəlxalq hüquq və BMT Nizamnaməsinin bu cür kobud şəkildə pozulması cavabsız qalmayacaq”.
Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü il tarixində baş vermiş hücum qurbanlarının dövlət anım mərasimində çıxış edərək, İsrail ordusunun “İranın müdafiə qabiliyyətinə güclü zərbə vurmağa” və güclü raketlər istehsal etmək qabiliyyətinə nail olduğunu bildirib. O vurğulayıb ki, İsrail 2023-cü il oktyabrın 7-dən bütün sərhədlərin perimetri boyunca müharibə aparır.
“Bu müharibə İranın rəhbərlik etdiyi şər oxuna qarşı yeddi cəbhədədir. Hər bir müharibədə olduğu kimi, həyatımızı əlimizdən almaq istəyən hər kəsi çox yüksək qiymət ödəməyə məcbur edirik”, - deyə hökumət başçısı vurğulayıb.
“Axios” portalı mənbələrə istinadla aydınlaşdırır ki, IDF-nin dalğa zərbələri İranın ballistik raket istehsalı proqramının mühüm komponentini zəiflədib. Onların sözlərinə görə, İslam Respublikası istehsal avadanlıqlarının bir hissəsini itirib. Xüsusilə, uzaqmənzilli ballistik raketlər üçün bərk yanacaq istehsalında istifadə olunan qurğulara ziyan dəyib. Onlar İranın raket arsenalının əsasını təşkil edirlər.
ABŞ prezidenti Cozef Baydenin administrasiyasındakı “Axios” mənbəsi təsdiqləyib ki, ABŞ kəşfiyyatının məlumatına görə, hücum Tehranın istehsal imkanlarını zəiflədib.
İran bu məlumatı şərh etmir.
“Axios” iddia edir ki, məhv edilmiş avadanlıq İslam Respublikasında istehsal oluna bilməz, belə bir texnologiya, adətən, Çindən alınır. Nəşrin həmsöhbətlərinin fikrincə, müvafiq potensialın bərpası ən azı 1 il çəkə bilər. Bu vəziyyət Tehranın Livanda fəaliyyət göstərən şiə “Hizbullah” hərəkatı və Yəmənin hərbiləşdirilmiş “Ənsarullah” təşkilatına raket göndərmək imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. Onlar İranla müttəfiq dövlətlərin və hərbi qrupların regional klubu olan “müqavimət oxuna” aiddir.
Qeyd edilir ki, İsrailin zərbəsi nəticəsində İslam Respublikasının nüvə və enerji infrastrukturunun qorunmasında rol oynayan “S-300” zenit-raket komplekslərinin dörd batareyası zədələnib.
Mütəxəssislər bildirib ki, Netanyahu hökumətinin əvvəlcə sıradan çıxarmağa ümid etdiyi İslam Respublikasının nüvə proqramının elementlərinə gəlincə, İsrail ordusu Parçin şəhərindəki əraziyə yalnız “simvolik” zərbə endirib.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb