İsrail parlamenti BMT-yə qadağa tətbiq edib
Tarix: 29-10-2024 08:17 | Bölmə: Slayd
İsrail parlamenti BMT-yə qadağa tətbiq edib
İsrail parlamenti oktyabr ayının 28-də axşam saatlarına qədər davam edən gərgin müzakirələrdən sonra nəhayət ki, qərar qəbul edə bilib. Parlament demək olar ki, tam səs çoxluğu ilə uzun müddətdir səmərəli işlər görən Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlar üzrə Agentliyinin bu ölkədəki fəaliyyətini tamamilə qadağan edən qanunu təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, İsrail Knesseti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bu ölkədə fəaliyyətini qadağan edən iki qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib.

"The Times of Israel" nəşri yazır ki, bir qanun layihəsi agentliyin Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə işini faktiki olaraq dayandırmağa, digər qanun layihəsi isə İsrail rəsmilərinin, ölkənin dövlət qurumlarının BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi ilə bütün hallarda əlaqə saxlamasını tamamilə qadağan edir.

Bildirilir ki, 92 deputat yeni qanunun lehinə, 10 deputat isə əleyhinə səs verib.

Fələstinli Qaçqınlar üzrə Agentlik İsrail parlamentinin qərarını "təhlükəli presedent yaradacaq" bir hadisə kimi qiymətləndirib.

Açıqlamada xüsusi olaraq vurğulanır ki, qəbul edilmiş qanun BMT-nin Nizamnaməsinə ziddir, üstəlik, dövlət kimi İsrailin beynəlxalq hüquq üzrə öhdəliklərini pozur.

Agentlik onu da qeyd edir ki, İsrailin parlamentində qəbul edilmiş bu qanun fələstinlilərin "xüsusilə insanların bir ildən artıqdır ki, cəhənnəm həyatı yaşadığı Qəzza zolağında" əzab və işgəncələri daha da ağırlaşdıracaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər