23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

İran Rusiyadan daha təkmil silahlar almağa başlayır
Tarix: 29-10-2024 11:14 | Bölmə: Slayd

İranın Ukraynadakı münaqişədə istifadə etmək üçün Rusiyaya pilotsuz təyyarələr və ballistik raketlər göndərməsi müqabilində Moskvadan daha təkmil silahlar, o cümlədən gəmi əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri (HHMS) və “Su-35” döyüş təyyarələri alacağı barədə məlumatlar yayılıb.
Reyting.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.
Təhlildə qeyd olunur ki, İran, həmçinin, İsrail hava qüvvələri və digər təhdidlərə qarşı mübarizə aparmaq üçün “S-400” hava hücumundan müdafiə sistemləri alacağını gözləyir. Bildirilir ki, razılaşmalar həyata keçərsə, İranın və onun müttəfiqlərinin bölgədəki hərbi qüdrəti xeyli güclənəcək.
“Business Insider”-ə danışan Kral Birləşmiş Birləşmiş (Müdafiə) Xidmətlər İnstitutunun (Rusiyanın RUSI analitik mərkəzi kimi tanınır) baş elmi işçisi Castin Bronk bildirib ki, “Su-35” təyyarələri uçuş heyətinə təlim keçmək zərurəti ilə əlaqədar İrana çoxlu sayda texniki xidmət personalı, habelə zəruri infrastruktur və yerüstü dəstək avadanlıqları tədarük edilib. Amma onlardan yaxın gələcəkdə İsrailin İrana mümkün hücumlarının qarşısını almaq üçün istifadə edilə bilməz.
İsrail İranın oktyabrın 1-də 180-dən çox ballistik raketin buraxıldığı raket hücumuna cavab verməyə söz verib. Bundan sonra İran mediası Rusiyanın Tehrana ən azı bir eskadrilya “Su-35” döyüş təyyarəsi və qeyri-müəyyən sayda “S-400” hava hücumundan müdafiə sistemləri verməsi ilə bağlı şübhəli və təsdiqlənməmiş iddialar dərc edib. Lakin bu məlumat hələ də təsdiqlənməyib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Şəhriyar Heydəri “Təsnim”ə deyib ki, “İranın Rusiyaya sifariş etdiyi silahlar gələn ilin əvvəlində (mart, 2024) çatdırılmalıdır”.
Bununla belə, bəzi İran KİV-lərinin “Su-35” qırıcılarının təhvil verilməsi ilə bağlı əvvəlki xəbərləri və virtual şəbəkələrdə Rusiyaya məxsus “Su-035” qırıcısının Tehran və Mehrabad aeroportu səmalarında uçuşunu əks etdirən videoların yalan olduğu üzə çıxıb.
İran aprelin sonunda “Su-35”-in təhvil verilməsi ilə bağlı xəbərləri rəsmən təkzib edib. İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Daneshjoo” xəbər agentliyi də həmin mövzuda olan xəbəri silib və yalan olduğunu bəyan edib.
Təbii ki, İranın bu qabaqcıl dördüncü nəsil təyyarələri hələ də ala bilməməsinin bir çox səbəbi var.
“Su-35” qırıcılarının alınması İrana 1979-cu il inqilabdan əvvəlki dövrdən sonra əsasən yenilənmiş Amerika və sovet qırıcılarından ibarət hava qüvvələrini qismən modernləşdirməyə və bununla da onun hava hücumundan müdafiə imkanlarını artırmağa imkan verəcək. Lakin bu modernləşmə çətin ki, Tehranın regiondakı güc balansını dəyişsin, çünki Körfəzin ərəb krallıqlarında daha təkmil hərbi təyyarələr var.
Qırıcıların alınması 2021-ci ilin mart ayından, yəni İran dövlət mediasının onların alınması ilə bağlı müqavilənin tamamlandığını bildirdiyi vaxtdan mübahisə mövzusu olub. Proqnozlara görə, Tehran ilkin olaraq Misir üçün nəzərdə tutulan ən azı 24 qırıcı alacaq.
ABŞ və Yaxın Şərq kəşfiyyat rəsmiləri aprel ayında “Su-35”-in çatdırılmasına dair heç bir açıq sübutun olmadığını və mümkün gecikmələrin İranın ödəmə prosesi ilə bağlı olduğunu bildiriblər.
Yaxın Şərq İnstitutundan olan Anton Mordasov “Business Insider”-ə izah edib ki, “Su-35”-in çatdırılma müddəti çox güman ki, texniki hazırlıqdan və bir sıra digər amillərdən asılı olacaq. O qeyd edib ki, “Təcili transfer çox güman ki, İranın imicinə mənfi təsir göstərəcək və Rusiyanın aviasiyası və əlavə hərbi resurslar olmadan bu təhlükənin öhdəsindən gələ bilməyəcəyini nümayiş etdirəcək”.
Avqust ayında “New York Times” qəzeti İsrailin Tehranda İsmayıl Haniyəni öldürməsindən sonra bölgədə gərginliyin artmasına baxmayaraq, Rusiyanın İrana hava hücumundan müdafiə sistemləri verməyə başladığını yazmışdı. Avadanlığın növü qeyd edilməsə də, İran uzun müddətdir ki, “S-400” sistemi istəyində idi.
Keçmiş SEPAH komandiri Məhəmməd Əli Cəfəri (aprelin 25-də) İranın İsrailə PUA və raket hücumundan sonra İsfahan aviabazasının İsrailin raket hücumunun hədəfi olduğunu etiraf edib. Bundan əvvəl İran hökuməti İsfahanın hava hücumundan müdafiə sistemlərinin bir neçə “mikroquş”u (kvadrokopter) vurduğunu bildirib. Bu hücumda İsrail İranın “S-300” sistemlərindən birinin, İranın Rusiyadan aldığı ən təkmil hava hücumundan müdafiə sistemi və köhnə nəsil “S-400”-ün radarını hədəfə alıb.
Anton Mordasov hesab edir ki, Moskva Ukrayna müharibəsində özünün müdafiə ehtiyaclarına görə çətin ki, “S-400”-ləri İrana ötürəcək. Rusiya “S-400” sistemini tədarük etmək qərarına gəlsə belə, ekipajın hazırlanması və istismara verilməsi ən azı 5 ay çəkəcək.
Digər məlumatlara görə, Rusiya Yəməndəki husilərə “P-800 Onix” gəmi əleyhinə qanadlı raketlərin tədarükü ilə bağlı danışıqlar aparır. “Oniks” raketi 300 km uçuş məsafəsinə malikdir və hədəfə yaxınlaşarkən birbaşa dəniz səviyyəsindən yuxarı uça bilir.
Raket üsyançı qrupun arsenalında olan digər gəmi əleyhinə raketlərdən daha təkmildir ki, bu da ticarət gəmilərinə və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəniz müdafiə gəmilərinə hücumları gücləndirə bilər.
Rusiya kəşfiyyatçılarının ticarət gəmilərinə hücumlarda məsləhətçi rol oynadığına dair məlumatlar da var.
İyun ayında Rusiya prezidenti xəbərdarlıq etmişdi ki, Moskva Ukraynaya hərbi dəstək müqabilində Qərb düşmənlərinə silah, o cümlədən Kiyevə Rusiya ərazisinə hədəflənmiş hücumlar üçün Qərbin hərbi sursatlarından istifadə etməyə icazə verə bilər. O vurğulayıb ki, “bizim də eyni şəkildə hərəkət etmək hüququmuz var”.
Rusiyalı analitik hər hansı birbaşa tədarüklərə şübhə ilə yanaşır və qeyd edir ki, husilərə raket tədarükü Çin neft tankerlərini riskə altına ata bilər. Məlum olduğu kimi, daha əvvəl husilərin raketi Panama bayrağı altında Çinə məxsus “MV Huang Pu” neft tankerini vurmuşdu.
Mordasov bildirib: “Bu cür raketlərin qəsdən tədarükü hazırkı sanksiya şəraitində Moskvanın mühüm tərəfdaşı olan ərəb ölkələrinə ciddi ziyan vuracaq”.
Bununla belə, ssenarilərdən biri də bu raketlərin “təsadüfən Suriya vasitəsilə husilərin əlinə keçməsi” ola bilər, xüsusən də ABŞ və müttəfiqləri Ukraynaya Rusiyaya qarşı Qərb istehsalı olan “ATACMS” raketlərindən istifadə etməyə icazə verərsə...
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb