Tibb müəssisələrinin 131 əməkdaşı məsuliyyətə cəlb olunub
Tarix: 23-12-2024 11:56 | Bölmə: Slayd
Tibb müəssisələrinin 131 əməkdaşı məsuliyyətə cəlb olunub

2024-cü ilin 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama aparılıb. Araşdırma nəticəsində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Reyting.az
xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

V. Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib ki, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib. Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

İcraçı direktor əlavə edib ki, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb:

“85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər