Mehriban Əliyeva Gəncə şəhərinə gəlib - Fotolar
Tarix: 14-02-2019 19:20 | Bölmə: Slayd
Mehriban Əliyeva Gəncə şəhərinə gəlib

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

Reyting.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

Mehriban Əliyeva Gəncə şəhərinə gəlibMehriban Əliyeva Gəncə şəhərinə gəlibMehriban Əliyeva Gəncə şəhərinə gəlib




Bölməyə aid digər xəbərlər