Azərbaycan kommunistlərinin rəhbərlərindən biri vəfat edib
Tarix: 15-02-2019 11:16 | Bölmə: Slayd
Azərbaycan kommunistlərinin rəhbərlərindən biri vəfat edib

Azərbaycan Vahid Kommunist Partiyasının rəhbəri Musa Tükanov vəfat edib.

Reyting.az xəbər verir ki, bununla bağlı məlumatı özünün Facebook səhifəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov yayıb.

Onun sözlərinə görə, Musa Tükanov qərarlı, prinsipial, cəsarətli bir kommunist olaraq, İctimai şərə qarşı çəkinmədən, qətiyyətlə etiraz edirdi: “Haqsızlıq, bərabərsizlik və ədalətsizlik ilə barışmaz, prinsipial və davamlı mübarizəsi əsil fədakarlıq nümunəsi idi.
Kommunistin kamil düşüncə səviyyəsinə yüksəlmiş Musa Tükanov təmsil etdiyi təşkilatın öz müqəddəs mənasına layiq olması üçün var qüvvəsini sərf etmişdi.

Musa Tükanovun unudulmaz xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.

Qeyd edək ki, Musa Tukanov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən Musa Tukanova 2018-ci il iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdu. Şərti cəza verilən kommunistlərin rəhbərlərindən biri məhkəmə zalından azadlığa buraxılmışdı.

Xatırladaq ki, o, həm də "Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər