Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
Tarix: 17-02-2019 21:29 | Bölmə: Slayd
Rüstəm İbrahimbəyov Bakıya gəlib

Bu yaxınlarda (fevralın 5-də) 80 yaşını qeyd edən tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun müddətdən sonra Bakıya gəlib.

Reyting.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat yayıb.

Məlum olub ki, bu gün Azərbaycan Kinematoqrafçılar ittifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün məclis təşkil ediblər.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Rüstəm İbrahimbəyovun iştirak etdiyi məclisdən fotoşəkil də paylaşıb.

Şəkildən görünür ki, məclisdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər yer alıblar.

Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Milli Şurasının vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də, o, Bakıya gələ bilmədi.

Fevralın 5-də Modern.az-a açıqlamasında R. İbrahimbəyov Bakı üçün çox darıxdığını və tezliklə Azərbaycana gələcəyini demişdi.

Rüstəm İbrahimbəyov Bakıya gəlibRüstəm İbrahimbəyov Bakıya gəlibRüstəm İbrahimbəyov Bakıya gəlib
Rüstəm İbrahimbəyov Bakıya gəlib
Rüstəm İbrahimbəyov Bakıya gəlib
Rüstəm İbrahimbəyov Bakıya gəlib




Bölməyə aid digər xəbərlər