Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi - Səbəb
Tarix: 21-02-2019 12:40 | Bölmə: Slayd
Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.

Reyting.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.

DİM ali məktəblərə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi səbəbini açıqlayıb.

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır.

X. Xanlarzadənin sözlərinə görə, I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər: “Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}