Elektrik mühərrikli yük avtomobilləri gömrük rüsumundan azad edilib
Tarix: 05-03-2025 12:59 | Bölmə: Slayd
Elektrik mühərrikli yük avtomobilləri gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Reyting.a
z xəbər verir ki, baş nazir Əli Əsədovun bu barədə imzaladığı qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir). 

Bu qərar ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul olunub. 




Bölməyə aid digər xəbərlər