Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
Tarix: 05-03-2025 14:21 | Bölmə: Slayd
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var

Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər