18:50 / 27-03-2025
Ad günü - Hekayə
Fazil Mustafaya sui-qəsdə görə tutulmuş Səricanovun oğlunu da həbs ediblər
Tarix: 21-03-2025 11:00 | Bölmə: Cəmiyyət
Fazil Mustafaya sui-qəsdə görə tutulmuş Səricanovun oğlunu da həbs ediblər

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov saxlanılıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, adıçəkilən şəxsi Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə. Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirilən vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 12:40 Sabah yağış yağacaq
21-03-2025, 09:45 Rayonlara qar yağıb