İnqilabdan qorxan prezident xəstəxanaya düşdü
Tarix: 02-03-2019 21:25 | Bölmə: Slayd
İnqilabdan qorxan prezident xəstəxanaya düşdü

Əlcəzair prezidenti Abdeləziz Buteflika kritik vəziyyətdə Cenevrədə xəstəxanaya yerləşdirilib.

Reyting.az
-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 82 yaşlı Buteflika Çenevrədəki Universitet klinikasında, vaxtaşırı müayinə üçün getdiyi xəstəxanada yatır.

Etibarlı mənbə prezidentin süni koma vəziyyətində olduğunu bildirib. Onu müalicə edən həkimlər isə əmindirlər ki, o, öz vəzifəsinin icrasına qayıda bilməyəcək.

İnformasiya rəsmən təsdiqlənmir. Məlum olan budur ki, adıçəkilən xəstəxananın ətrafı ciddi mühafizə altındadır.

Buteflika onun yenidən 5 illik müddətə namizədliyi irəli sürüləndən sonra ölkədə başlayan kütləvi etirazlar fonunda xəstəxanaya düşüb. Xəbərə görə, martın 1-də Əlcəzairin paytaxtında on minlərlə insan küçələrə çıxaraq prezident sarayına qədər yürüş ediblər. İnsanlar korrupsiya əleyhinə şüarlar səsləndirərək siyasi islahatlar tələb ediblər.

Etirazçılar eyni zamanda onların tələblərini dəstəkləmək üçün keçmiş baş nazir və prezidentliyə namizəd Əli bin Fliskaya müraciət ünvanlayıblar.

Polis nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar nəticəsində 10 nəfər yaralanıb və 45 nəfər həbs edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}