16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Zakir Fərəcov sumqayıtlı sahibkarlara daha bir vəd verdi
Tarix: 12-03-2019 19:58 | Bölmə: Slayd
Zakir Fərəcov sumqayıtlı sahibkarlara daha bir vəd verdi

Sumqayıt şəhəri, 9-cu mikraryonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar bu gün Prezident Administrasiyasına yürüş etməyi planlaşdırmışdılar.

Reyting.az bildirir ki, onların bu aksiyanı təşkil etməkdə məqsədi şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun obyektləri sökülərkən onlara verdiyi vədə iki ilə yaxındır əməl etməməsi idi.

Sahibkarlardan birinin verdiyi məlumata görə, yürüş baş tutmasa da, onları Prezident Administrasiyasında qəbul ediblər.

Administrasiyada Əraziidarəetmə şöbəsinin müdiri Zeynal Nağdalıyevin köməkçisi Vəfadar müəllimlə görüş zamanı problemin tezliklə həlli üçün tapşırıq verilib. Sahibkarın sözlərinə görə, Prezident Administrasiyasında onlara icra başçısı Zakir Fərəcovun da problemlə bağlı tezliklə tədbir görəcəyi haqda məlumat verilib. Bu tədbirin isə xüsusi sərəncamdan ibarət olacağı bildirilib.

Həmin sərəncamda 66 sahibkarın sökülən obyektlərinin əvəzinə yeni tikiləcək ticarət mərkəzində yer ayrılacağı nəzərdə tutulmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}