23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:41 / 23-06-2025
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

07:28 / 19-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

Spiker Oqtay Əsədovun Moskvada bahalı mülkləri üzə çıxır - Fotolar
Tarix: 23-03-2019 11:07 | Bölmə: Slayd

Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun Rusiyanın paytaxtında qurduğu biznes və daşınmaz əmlakları ilə bağlı sensasion məlumatlar yayılmaqda davam edir.
Növbəti belə bir məlumatı Azpolitika.info yayıb. Sayt yazır ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum olub ki, həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.
Təbii ki, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərlik edən bir şəxsin ailə üzvlərinin başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri hansı pulla və niyə aldığı, öz obyektində bibırçılıqların baş verməsinə nədən imkan yaratması da ictimaiyyəti düşüdürən başqa suallardır…

Ancaq qəribə də olsa, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan, 100 minlərlə insanın heyrətlə izlədiyi bu məlumatlara hələ də nə Oqtay Əsədovun özü, nə də ailəsi hər hansı aydınlq gətirməyib.
Düzdür, açıqlama verənlər də olub. Ancaq ictimaiyyət nə Milli Məclisin mətbuat xidmətinin iddiaların yalan olduğu üçün reaksiya vermədiklərinə dair uğursuz açıqlamasını, nə də deputat Fəzail Ağamalının “Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir?” kimi tragikomik “arqumentini” bu rəzaləti izah etmək üçün yetərli hesab etməyib.
Hamı Oqtay Əsədovdan cavab gözlədiyi bir vaxtda, spikerin ailə üzvlərinin Moskvadakı əmlaklarına dair yeni məlumatlar yayılıb. Belə ki, Moskvadan Zaur Əliyev adlı şəxsin azadlıq.info-ya verdiyi məlumatdan, göndərdiyi sənədlərdən və fotosübutlardan belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi son bir neçə ildə Rusiyada daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.

“Sabiq bankir Cahangir Hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri haqda məlumatlar Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən “nəfəsi açıldı”. Məlum oldu ki, spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi, digər göstəricilərini də üzərinə alaraq, sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb, susuz da geri qaytarar”, – deyə yazan müəllif, bildirir ki, Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir.
Xəbərə görə, “Triumph Palace” və ya “Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.
“Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir” – məlumatda bildirilir.
Əsədovların binadakı qonşuları da məşhur simalardır: “Triumf Palas” ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib, “Ev alma, qonşu al”! Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir …. respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstə ilə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri…”
Məlumatda mənzillərdən birinin quruluşu barədə də məlumat verilib: “372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq. Amma 65 saylı nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var.
Mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa-otaq, hətta kinoteatr belə var. Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.
Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.

Şahidlərin dediyinə görə, spikerin bu “Triumf Palas”dakı 65 saylı “kiçik” mənzilinin mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb…
Məlumatda həmçinin o da bildirilir ki, Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar: “Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var”.

Müəllif özəl mənbələrə istinadla Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11-ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları olduğunu, bütün sahib olduqlarını sonrakı illərdə əldə etdiklərini iddia edir. “Niyə Moskva” sualı isə yenə açıq qalır.
Ümid edirik ki, Oqtay Əsədov bu dəfə çıxıb bütün iddiaları cavablandıracaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Bu gün, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Bu gün, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Bu gün, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Bu gün, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var