Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər
Tarix: 23-06-2025 07:50 | Bölmə: Dünya
Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər

Kolumbiyada 57 hərbi qulluqçu üsyançılar tərəfindən əsir götürülüb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kolumbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kolumbiyanın cənub-qərbindəki Kauka departamentinin Argeliya bələdiyyəsində Karlos Patinyo qrupunun üzvləri tərəfindən 4 zabit və 53 əsgər əsir götürülüb. Hadisənin motivi və qrupun tələbləri barədə heç nə deyilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub