Azərbaycan prezidenti ilə Paşinyanın görüşü başladı - Yenilənib
Tarix: 29-03-2019 14:51 | Bölmə: Slayd
Azərbaycan prezidenti ilə Paşinyanın görüşü başladı

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Reyting.az bildirir ki, bu haqda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak edir.

Martın 28-də Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün keçiriləcək görüşdə toxunula biləcək məsələlər müzakirə olunub.

***

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

O bildirib ki, hazırda görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşünün 1,5 saat davam etməsi haqda xəbər yayılıb.

Diqqətçəkən məqamlardan biri də budur ki, İlham Əliyev Paşinyanı görüş məkanında xeyli gözlədib. O, məkana Paşinyandan sonra gəlib. Əliyevin gəlişi jurnalistlər tərəfindən daha böyük maraqla izlənilib, xeyli fotolar çəkilib. Bu, erməni jurnalistlərinin yaydığı videodan da aydın görünür.

Görüşün detalları hələlik açıqlanmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər