14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Rusiya Avropanın iki ölkəsində gərginlik yaradıb
Tarix: 02-09-2025 13:56 | Bölmə: Slayd
Rusiya Avropanın iki ölkəsində gərginlik yaradıb

Fransa Səhiyyə Nazirliyi ölkə xəstəxanalarına 2026-cı ilin mart ayına qədər müharibəyə hazır olmaq göstərişi verib. Fransa rəsmiləri bildiriblər ki, problem yaşanmaması üçün mülki və hərbi səhiyyə xidmətləri uyğunlaşdırılmalıdır. Almaniya isə Rusiyanın Belarusda keçirəcəyi “Qərb- 2025” təlimi zamanı NATO ərazisi üçün potensial təhlükəyə qarşı hazır olacağını açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Fransa mətbuatı yazır ki, xəstəxanaların müharibəyə hazırlaşması “böyük nişan” ssenarisi çərçivəsində planlaşdırılıb və təlimatın məqsədi “hərbi yaralılara qayğının mülki səhiyyə sistemi ilə inteqrasiyası” kimi təsvir edilib.

Nazirlik potensial münaqişə vəziyyətində çoxlu sayda yaralı əsgərin xaricdən Fransaya gətirilə biləcəyini gözləyir. Səhiyyə sisteminin hərbi xəstələrin qayğısına uyğunlaşmalı olduğu vurğulanıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, məqsəd əhalinin sağlamlıq ehtiyaclarını və müdafiə ilə bağlı xüsusi ehtiyaclarını birlikdə ödəməkdir.

Bildirilir ki, Avropada müharibə olarsa, Fransa dəstəkləyici dövlətə çevrilə bilər. Bu kontekstdə, səhiyyə sisteminin həddindən artıq yükü idarə edə bilməsini təmin etmək üçün indidən tədbirlər görülməsi vacibdir.

Qeyd edək ki, Rusiya sentyabrın 12-16-da Belarusla birgə keçiriləcək “Qərb-2025” təliminə hazırlıqlarını davam etdirir. Təlim Rusiya və Belarus arasında hərbi əməkdaşlığın ən əhatəli nümunələrindən biri hesab olunur.

Rusiya Müdafiə Nazirliyi manevrlərin tamamilə müdafiə xarakteri daşıdığını açıqlayıb. Təlim quru, hava və dəniz bölmələrinin koordinasiyalı əməliyyatlarını əhatə edir.

Belarus Müdafiə Nazirliyi təlimin ölkənin təhlükəsizlik ehtiyaclarını həll edəcəyini açıqlayıb.

Təlimlər NATO sərhədlərinə yaxın ərazilərdə keçiriləcəyi üçün Avropada diqqətlə izlənilir. Almaniya Baş Qərargah rəisi Karsten Breuer bildirib ki, o, Rusiya qüvvələrinin təlim zamanı NATO ərazisinə hücum edəcəyini gözləmir, lakin qeyd edib ki, Almaniya və NATO istənilən potensial təhlükəyə qarşı “sayıq” qalacaqlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər