14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Kiyevə hücum: insanlar metro stansiyalarına sığınıb
Tarix: 02-09-2025 12:16 | Bölmə: Slayd
Kiyevə hücum: insanlar metro stansiyalarına sığınıb

Bu gün Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri buna qarşı tədbirlər görür.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

“Rusiya indi heç bir hərbi məqsəd güdmür, iş saatlarında, küçələrdə insanların çox olduğu vaxtlarda şəhərə hücum edir. Özünüzə diqqət edin”,- Yermak bildirib.

Bununla belə, internetdə paytaxt metrosundan videolar peyda olub. Rusların hücumu səbəbindən məktəblilər ilk tam dərs günündə gizlənirlər.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın hücum pilotsuz təyyarələri paytaxtın mərkəzində olduğu kimi, sol sahildə də görünüblər.

Hərbi Hava Qüvvələrindən bildiriblər ki, bir neçə rayon Rusiyanın hücumuna məruz qalır. İndi pilotsuz təyyarələr Kiyev, Jitomir, Vinnitsa və Çerniqov vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl ISW yaxın həftələrdə rusların Ukraynaya hava hücumlarının artacağı barədə xəbərdarlıq etmişdi.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər