Əfqanıstanda zəlzələ: 2200-dən çox insan ölüb
Tarix: 05-09-2025 11:19 | Bölmə: Slayd
Əfqanıstanda zəlzələ: 2200-dən çox insan ölüb

Bu gün Əfqanıstanın şərqində iki güclü zəlzələ qeydə alınıb.

Reyting.az
“Reuters” agentliyinə istinadla bildirir ki, onlar bir-birindən 12 saat fərqlə baş verib, yeni qurbanlar və dağıntılarla bağlı narahatlıqları artırıb.

Fəlakət zonasında sağ qalanların ərzağa, dərmana və mənzilə böyük ehtiyacı var.

Bildirilir ki, son iki zəlzələ onsuz da müharibədən, yoxsulluqdan və azalan xarici yardımdan əziyyət çəkən bir ölkəni viran qoyub.

“Taliban” administrasiyası əvvəlki zəlzələ nəticəsində cümə axşamına qədər ölənlərin sayının 2205, yaralıların isə 3640 olduğunu bildirib.

“Reuters” ərazinin hələ də silkələndiyini və dəymiş ziyan haqqında məlumatların toplandığını yazıb.

Cümə günü 5,4 bal gücündə zəlzələ 10 km dərinlikdə baş verib. Bu, cümə axşamı axşam saatlarında qeydə alınan növbəti zəlzələdən bir neçə saat sonra olub.

Qeyd edək ki, 6 bal gücündə ilk zəlzələ bazar günü, avqustun 31-də, gecə yarısından bir neçə dəqiqə əvvəl baş verib. Bu, Əfqanıstan tarixində ən ölümcül zəlzələlərdən biridir.

Çərşənbə axşamı 5,5 bal gücündə ikinci zəlzələ çaxnaşma yaradıb və xilasetmə işlərini dayandırıb, çünki qaya uçqunlarına səbəb olub və ucqar kəndlərə gedən yollar bağlanıb.

Onu da qeyd edək ki, belə zəlzələlər tez-tez Hindistan və Avrasiya tektonik plitələrinin qovuşduğu Hindukuş dağ silsiləsində baş verir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?