00:18 / 04-09-2025
Millimiz qalib gəlib
ABŞ nümayəndələri Zəngəzur dəhlizini müzakirə etməyə gəlirlər
Tarix: 04-09-2025 10:22 | Bölmə: Slayd
ABŞ nümayəndələri Zəngəzur dəhlizini müzakirə etməyə gəlirlər

Növbəti həftə ABŞ-nın müxtəlif dairələrindən olan nümayəndələr "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, bunu ermənilərin "Joqovurd" qəzeti yazıb.

Qəzet mənbələrinə istinadla bildirir ki, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri də müzakirə predmeti olacaq.

Qeyd olunur ki, hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat verməsələr də, müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?