Talibançılar Əfqanıstanın birinci vitse-prezidentinin karvanına hücum etdilər - Foto
Tarix: 30-03-2019 20:55 | Bölmə: Slayd
Talibançılar Əfqanıstanın birinci vitse-prezidentinin karvanına hücum etdilər

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın birinci vitse-prezidenti Abdul-Raşid Dustumun karvanına hücum ediblər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində onun mühafizəçilərindən biri ölüb, ikisi yaralanıb.

Hadisə barədə vitse-prezidentin yaxın köməkçisi Kanişka Turkistani məlumat verib.

Talibançılar Əfqanıstanın birinci vitse-prezidentinin karvanına hücum etdilər

Məlumata görə, hücum martın 30-da gündüz, Dusum Balh əyalətindən Cauzdcan əyalətinə gedəndə qeydə alınıb.

Birinci vitse-prezident hücum nəticəsində yaralanmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər