Tramp Rusiya-Ukrayna müharibəsini dayandırır?
Tarix: 07-08-2025 09:20 | Bölmə: Slayd
Tramp Rusiya-Ukrayna müharibəsini dayandırır?

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiya lideri Vladimir Putinlə danışıqları ilə bağlı bir sıra açıqlamalar verib.

Reyting.az
-ın məlumatına görə, Amerika lideri Putinlə danışıqların “çox yaxşı” olduğunu deyib.

Eyni zamanda, o, xüsusi elçi Stiv Vitkoffun iştirakı ilə hazırkı ABŞ-Rusiya münasibətlərini irəliləyiş adlandırmayıb, çünki söhbət mərhələli işdən gedir.

Tramp bildirib ki, Ukrayna prezidenti Zelenski və Kreml lideri Putinlə görüşün baş tutması üçün “çox yaxşı şans” var.

"Vitkoff bu gün çox yaxşı söhbət etdi. Çox yaxşı şans var ki, biz bu uzun, çətin yolu tezliklə başa vuracaq. Konkret proqnozlar vermək istəmirəm, çünki buna qədər tez-tez məyus olmuşam",- o əlavə edib.

Jurnalistin Rusiyanın enerji resurslarını alan Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı sualını da cavab verən Tramp belə məhdudiyyətlərin daha çox olacağını bildirib.

Xüsusilə, o, Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinə icazə verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər