"Space" TV-nin əməkdaşları efirdən qovulub - Səbəb
Tarix: 07-04-2019 15:02 | Bölmə: Slayd
"Space" TV-nin əməkdaşları efirdən qovulub
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı "Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr aşkar edilib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul olunub. İşin məhkəməyə göndərildiyi bildirilir.

Reyting.az-ın məlumatına görə, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev efirdə ədəbsiz ifadələr işlətməyə şərait yaradanları işdən qovub.

“Yeni Sabah” xəbər verir ki, veriliş bitən kimi o, “Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu və səs rejissorunu vəzifəsindən azad edib.

Bunlarla bərabər həmin ədəbsiz ifadələri işlədən müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmalarına qadağa qoyulub.

Qeyd edək ki, adıçəkilən müğənnilər ifa zamanı mikrafonun bağlı olduğunu zənn edərək mahnıya qeyri-etik ifadələr əlavə edərək oxuyublar. Bunu isə bütün tamaşaçılar izləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}