Erməni separatçılarını indi məzarlıq bir araya gətirir
Tarix: 19-09-2025 12:02 | Bölmə: Siyasət
Erməni separatçılarını indi məzarlıq bir araya gətirir

Ermənistanda radikal müxalifətin təmsil olunduğu “Ermənistan” parlament blokunun üzvləri bu gün İrəvandakı “Yerablur” məzarlığına baş çəkiblər.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, qəbirstanlıqda keçirilən tədbirdə “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan da iştirak edib.

Burada anti-Azərbaycan mövqeyində olan erməni müxalifətinin deputatlarını bir vaxtlar özünü Qarabağdakı “Arsax” adlı qondarma qurumun “prezidenti” kimi təqdim edən Samvel Şahramanyan qarşılayıb. Erməni mediası tərəflərin qucaqlaşdığını xüsusi qeyd edib.

Bildirilib ki, bir vaxtlar özünü Qarabağ ermənilərinin dini rəhbəri hesab edən “yepiskop” Vrtanes Abrahamyan da “Yerablur”dakı tədbirə qatılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər