Netanyahu: Fələstin dövləti olmayacaq
Tarix: 12-09-2025 00:21 | Bölmə: Siyasət
Netanyahu: Fələstin dövləti olmayacaq

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin olmayacağını elan edib.

Reyting.az
-ın məlumatına görə, Netanyahu Qüdsün şərqində İsrail yaşayış məntəqəsi olan Maale Adumimdə keçirilən tədbirdə deyib ki, Fələstin dövlətinin olmayacağına dair vədi yerinə yetirəcəklər: “Çünki bura bizimdir. Biz irsimizi, torpağımızı və təhlükəsizliyimizi qoruyacağıq. Şəhərin əhalisini iki dəfə artıracağıq”.

İsrail uzun müddətdir ki, E1 kimi tanınan təxminən 12 kvadrat kilometr (4,9 kvadrat mil) torpaq sahəsini inkişaf etdirmək planlarına malikdir, lakin beynəlxalq etirazlar səbəbindən plan illərdir təxirə salınır. Ərazi Qüdslə İsrailin Maale Adumim qəsəbəsi arasında, Fələstin ərazisinin şimal və cənubunu birləşdirən marşrutlara yaxın yerləşir.

Keçən ay İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrix yüksək mühafizə olunan ərazidə təxminən 3400 ev tikmək planlarını dəstəkləyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər