10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Almaniya lideri: NATO hava hücumundan müdafiə sistemi lazım olduğu kimi işləmir
Tarix: 11-09-2025 11:45 | Bölmə: Siyasət
Almaniya lideri: NATO hava hücumundan müdafiə sistemi lazım olduğu kimi işləmir

“Rusiya pilotsuz təyyarəsinin Polşaya daxil olması NATO-nun Avropadakı hava hücumundan müdafiə sistemində ciddi problemləri üzə çıxarıb”.

Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

F. Merz qeyd edib ki, Avropanın hava hücumundan müdafiəsi, NATO-nun hava hücumundan müdafiəsi bu qədər sayda pilotsuz uçan aparatın vaxtında Polşa hava məkanına daxil olmasının qarşısını almaq üçün çalışsa da, nəticə istənilən qədər yaxşı olmayıb.

O, bu hadisənin müttəfiqlər arasında müzakirə mövzusu olacağını vurğulayıb.

“Bu, NATO-da müzakirələrə səbəb olacaq. Bu, Avropa İttifaqında da müzakirələrə təkan verəcək”, - kansler qeyd edib.

Merz həmçinin söz verib ki, Berlin müdafiə qabiliyyətinin gücləndirilməsində israrlı olmağa davam edəcək: “Biz NATO-nun Avropa hissəsinin döyüş hazırlığını və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq əzmindəyik”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər