16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlərin görüşü Azərbaycana ciddi təhlükələr vəd edir - Foto
Tarix: 16-04-2019 11:07 | Bölmə: Slayd
Nazirlərin görüşü Azərbaycana ciddi təhlükələr vəd edir

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi və iştirakı, həmçinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutan görüşün nəticələri Azərbaycana çox ciddi təhlükələr vəd edir”.

Reyting.az-ın məlumatına görə, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Elmar Məmmədyarovun Sergey Lavrov və Zöhrab Mnatasakanyanla üçtərəfli görüşünü şərh edərkən deyib.

QAT sədri bildirib ki, proses Azərbaycanın maraqlarına uyğun istiqamətdə getmir: “Bu görüşdə əldə olunan razılaşmalar yalnız Ermənistanın maraqlarına cavab verir, ermənilərin “ssenarisinə” uyğun gəlir. Ermənilər istəyirlər ki, torpaqların işğal altında qaldığı şəraitdə Azərbaycanla münasibətləri normal vəziyyətə gətirsinlər. Bu görüşdə məhz o istiqamətdə addım atıldı”.

Nazirlərin görüşü Azərbaycana ciddi təhlükələr vəd edir
A. Nağı

A. Nağı təəssüflə qeyd edib ki, Azərbaycanın milli hisslərdən uzaq, Qarabağın Azərbaycan üçün nə demək olduğunu anlamayan xarici işlər naziri görüşün nəticələrini az qala ölkə ictimaiyyətinə şad xəbər kimi çatdırmağa çalışır.

“Azərbaycanın maraqları tələb edir ki, bu proseslər, jurnalistlərin və başqalarının, lap itlərin mübadiləsi, dialoq və sair ərazi bütovlüyümüz bərpa olunandan, Qarabağ azad edildikdən sonra başlasın”,- deyən A. Nağının fikrincə, ermənilər bizi üstələyir, öz “ssenarilərini” bizə sırıyırlar.

A. Nağı müraciətində dövlət nümayəndəsi, vətəndaş cəmiyyəti təmsilçisi və jurnalistlərin diqqətinə çatdırıb ki, bu prosesdə iştirak edənlər Azərbaycanın milli maraqlarına xəyanət etmiş olacaqlar: “Hər kəs bu işdən çəkinsin, xəyanətkar adını öz üzərinə götürməsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}