AYNA-nın səlahiyyəti artırılıb - Fərman
Tarix: 30-09-2025 17:21 | Bölmə: Slayd
AYNA-nın səlahiyyəti artırılıb

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, İlham Əliyevin yeni Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvanda nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək Agentliyin vəzifəsi kimi müəyyən edilib.

Nazirlər Kabineti və Nazirlik fərmandan irəli gələn məsələləri həll etməlidir.




Bölməyə aid digər xəbərlər