13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
Tarix: 08-10-2025 12:59 | Bölmə: Slayd
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündən danışarkən bildirib.

C. Nuriyev deyib ki, TDT-nın Zirvə görüşü yüksək səviyyədə təşkil edilmişdi: “Digər tərəfdən, mühüm tədbirlər bölgələrə salınır və bununla Azərbaycan paytaxtının yükü azalır. Qəbələdə TDT-nın liderləri görüşür, Xankəndidə müəyyən tədbirlər olur. MDB-nin idman tədbirləri də bölgələrə salınıb. Bu, müsbət haldır. Beynəlxalq və regional tədbirləri bölgələrimizə salmaqla həm də paytaxtın yükü azaldılır. Eyni zamanda, bu, bölgələrimizin tanınmasına səbəb olur. Sözsüz ki, bölgələr çəkilir, göstərilir, insanlar isə gözəl yerləri görəndə ora ilə maraqlanırlar. Bu, istər-istəməz turizmə də müsbət təsir göstərir. Yəni keçirilən tədbirlər ölkəmizə dvidentlər gətirir”.

Konkret olaraq, tədbirin əhəmiyyətinə gəldikdə, professor bildirib ki, TDT-nın Qəbələdəki Zirvə görüşündə bütün türk dövlətləri yüksək səviyyədə təmsil olunub və bu, mühüm hadisədir .

C. Nuriyev əlavə edib ki, TDT liderlərinin qəbul etdiyi Qəbələ Bəyannaməsi təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsidir:

“TDT dünyada qəbul edilən ciddi təşkilat, beynəlxalq qurumdur. Artıq TDT-ni hamı qəbul edir, onunla razılaşırlar. Çünki bu qurum son illər müəyyən inkişaf yolu keçib. Azərbaycan lideri İlham Əliyevin praqmatik siyasəti sayəsində TDT dünyaya təqdim edildi. Qəbələ sammiti göstərdi ki, bu qurum monolitdir və aparıcı mərkəzə çevrilir”.

Müsahibimiz hesab edir ki, TDT-nın gələcək strategiyası faktiki olaraq Qəbələ Bəyannaməsində öz əksini tapıb: “Yəni təşkilatın fəaliyyəti, atılacaq addımlar, izlənəcək siyasət-strategiya Qəbələdə qəbul edildi. Sözsüz ki, burada Azərbaycan prezidenti İlham Əliyevin mühüm rolu var. Bu baxımdan TDT-nın Qəbələ Zirvə görüşünü məhsuldar və faydalı hesab edirəm”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər