13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
Tarix: 08-10-2025 12:37 | Bölmə: Dünya
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib

Rusiyanın hücumu nəticəsində Ukraynanın Nijın rayonunda 4500-dən çox müştəri işıqsız qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Çerniqovenerji” ASC məlumat yayıb.

“Nijin rayonu yenidən hücuma məruz qalıb və daha bir zərbə energetika obyektinə dəyib. 4500-dən çox abonent elektriksiz qalıb. Elektrik enerjisini bərpa edirik”,- deyə məlumatda qeyd edilib.

Çerniqov Vilayət Dövlət Administrasiyası rusların bölgəyə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.

“Rusiyaya məxsus pilotsuz uçuş aparatları Nijin, Priluki və Semenivkaya hücum edib. Nijində dəmir yolu obyektlərinə zərbələr endirərək yanğınlar törədiblər. Bu gün səhər onlar elektrik obyektini vurublar, nəticədə fövqəladə fasilələr yaranıb. Prilukidə hücum pilotsuz təyyarəsi neft bazasına hücum edərək yanğına səbəb olub”,- Çerniqov Vilayət Dövlət Administrasiyası bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər