İlin sonunda əfv gözlənilir
Tarix: 08-10-2025 12:30 | Bölmə: Xəbərlər
İlin sonunda əfv gözlənilir

Bu ilin sonuna kimi Azərbaycanda əfv sərəncamının olacağı gözlənilir.

Bu barədə Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərdə deyilir.

Məlumata görə, növbəti əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq.

Ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir.

“Artıq dünəndən etibarən cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusa əfv ərizəsi yazmaq tövsiyə olunub”,- deyə mənbə əlavə edib.




Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib