23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:41 / 23-06-2025
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

07:28 / 19-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

Cavid Qurbanov QSC ilə bağlı böyük maliyyə fırıldağına aydınlıq gətirmək istəmir - Fotolar
Tarix: 22-04-2019 20:24 | Bölmə: Slayd

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Latviya şirkətindən aldığı qatarların pulunu tam ödəməməsi heç də Cavid Qurbanovun iddia etdiyi kimi, həmin qatarlardan birinin təhvil verilməməsi ilə bağlı deyil. Ortada başqa şübhəli oyunlar var.
Reyting.az-ın məlumatına görə, bunu AzPolitika.info-ya məlum “qatar qalmaqalı"ndan danışan məlumatlı şəxs deyib.
Onun iddiasına görə, müqavilənin şərtlərinin tam yerinə yetirilməməsinin, yəni 5-ci qatarın Azərbaycana gətirilməməsinin təqsirkarı Latviya şirkəti deyil, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyidir.
Xatırladaq ki, təqdim olunan sənədlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalayıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imza atıblar.
Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.
Bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlərlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşma imzalanıb. 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə “yaddan çıxan” müddəalar əks olunub.
Belə ki, ilkin müqavilədə elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin rəhbəri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.
Bu müqavilələrin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb. Latviya şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib. Şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiada, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və ya 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi də əksini tapıb.
“Azərbaycan Dəmir Yolları” QSC isə Latviya şirkətinə 522 000 avro borclu qaldığını qəbul etsə də, vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu yaxınlarda mediaya açıqlamasında deyib ki, şirkət tərəfindən 1 elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir. “Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycan qanunlarına əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda ödəniş edəcəyik” – deyə, cənab Qurbanov bildirib.
Ancaq məlumatlı şəxs Cavid Qurbanovun fikirlərinin həqiqəti əks etdirmədiyini deyib. O, Latviya şirkəti tərəfindən bütün elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə təqdim edildiyini, bununla bağlı iki tərəfin təmsilçiləri arasında müafiq aktlar tərtib olunduğunu bildirib.
Müqavilədə nəzərdə tutulan 5 elektrik qatarının “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təhvil alınmasına dair hər biri üzrə ayrılıqda Akt tərtib olunduğunu bildirən mənbə, həmin aktların surətini də “AzPolitika.info”-ya təqdim edib (aşağıda şəkilləri verilib-red.).
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Əlirza Süleymanovun imzaladığı həmin aktlardan belə məlum olur ki, Latviya şirkəti müqavilədə üzərinə düşən öhdəlikləri yerinə yetirib. Yəni, 5 elektrik qatarının hamısını 2015-ci ilin sonuna qədər Azərbaycan tərəfinə təhvil verib.
Belə ki, təhvil-təslim aktlarının 2-si 2015-ci ilin iyun, 2-si avqust, 1-i isə oktyabr ayında imzalanıb. Bununla da Latviya şirkəti müqavilədə qeyd olunduğu müddətdən də tez qatarları Azərbaycan tərəfinə təhvil verib. Aktlarda qatarların bütün texniki göstəricilərinin müqaviləyə uyğun olduğu vurgulanıb.
Belədə bəzi suallar meydana çıxır:
Əvvəla, “Azərbaycan Dəmir Yolları” QSC Latviya şirkətindən qatarları harda təhvil alıb?
İkincisi də təhvil verilibsə qatarlardan biri niyə Azərbaycana gəlib çıxmayıb?
Mənbə bildirib ki, ilkin müqavilədə “ALBUVE” ASC-nin qatarları “Azərbaycan Dəmir Yolları” QSC-yə harda təhvil verməsi öz əksini tapmayıb: “Ancaq 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan əlavə müqavilədə Latviya şirkətinin 104 500 avro müqabilində 5 qatarı Azərbaycana nəql etməsi razılaşdırılıb.
Ancaq bundan cəmi 3 gün sonra “Azərbaycan Dəmir Yolları” QSC qatarların Azərbaycana nəqlinin başqa şirkətə verilməsinə dair yeni bir müqavilə təqdim edib. Yəni, “Azərbaycan Dəmir Yolları” QSC ilə “ALBUVE” ASC arasında bağlanan müqavilələrə 3-cü bir şirkəti də qoşublar. Böyük ehtimalla, bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə yaxın adamlara məxsus olub. Məsələ ondadır ki, 3-cü müqavilədə 2-ci müqavilədə nəzərdə tutulan əlavə xərclər, o cümlədən nəql xərcləri kəskin artırılıb. Ancaq bununla da kifayətlənməyiblər. Sonradan qatarların nəqli və əlavə avadanlıqlarla təchizatına dair başqa 2 şirkət də cəlb olunmaqla, daha 4 müqavilə imzalanıb. Ən sonuncu müqavilədə isə məbləğ, müəmmalı şəkildə 920 min avroyadək artırılıb…
“Ümumilikdə əsas müqavildən əlavə qatarların nəqli və sair məsələlərlə bağlı 3 şirkətlə 5 müqavilə imzalanıb. Məqsəd nə olub, demək çətindir. Ancaq ehtimal ki, ənənəvi şəkildə mürəkkəb əməliyyatlarla külli miqdarda vəsaitin ortadan çıxarılmasına çalışılıb”, – deyə, mənbə bildirib.
Bəs necə olub ki, qatarlardan biri Azərbaycana gəlib çatmayıb? Hansı tərəf öz öhdəliyini yerinə yetirməyib?
Ortada olan sənədlər və məlumatlar ondan xəbər verir ki, problemin kökündə “Azərbaycan Dəmir Yolları” QSC-nin öz öhdəliklərini yerinə yetirməməsi durur.
“Şirkət üzərinə düşən öhdəlikləri icra etsə də, “Azərbaycan Dəmir Yolları” QSC qatarların pulunun ödənməsini gecikdirib. Vəsaiti uzun müddət ərzində hissə-hissə ödəyib. Hətta artıq Azərbaycana gətirilmiş 4-cü qatarın pulunun yarıdan çoxunu – 522 min avrosunu isə bu günə qədər ödəməyib. Buna görə də 5-ci qatarın Azərbaycana gətirilməsi baş tutmayıb. Baxmayaraq ki, 5-ci qatarın QSC-yə təhvil verilməsi barədə akt da imzalanıb”, – mənbə bildirib.
Ümumiyyətlə, ortada olan sənədlər Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirildikdən bir neçə gün sonra, tələm-tələsik imzalanan bu müqavilələrdə çoxlu sayda qaranlıq məqamların olduğundan xəbər verir. Xüsusən də sonradan imzalanan əlavə müqavilələr müəmmalarla doludur və çoxlu suallar doğurur, ciddi korrupsiya ehtimalına əsaslar verir. Təəssüf ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi “kommersiya sirri” olduğunu əsas gətirərək, bu suallara aydınlıq gətirməkdən imtina edir. Baxmayaraq ki, ortada heç bir sirr də qalmayıb, hər şey ortadadır…

Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Bu gün, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Bu gün, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Bu gün, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Bu gün, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var