İlham Əliyev Pekində Rusiya prezidenti ilə görüşəcək
Tarix: 23-04-2019 19:35 | Bölmə: Slayd
İlham Əliyev Pekində Rusiya prezidenti ilə görüşəcək

Rusiya prezidenti aprelin 26-da Çinə səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, iki ölkənin lideri yayda da görüşə bilərlər.

Bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyevlə görüş olacaq. Liderlər yaxılarda telefonla danışıblar və fəali dialoqu davam etdirməyi razılaşdırıblar”,- o, söyləyib və qeyd edib ki, dialoq ikitərəfli məsələlərə, eləcə də digər mövzulara aid olacaq.

Onun sözlərinə görə, iki liderin əlaqəsi yalnız Pekindəki bu görüşlə yekunlaşmayacaq: “Digər əlaqələr də nəzərdə tutulur, o cümlədən yayda, ola bilər ki payızda olsun”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}