Quli səmərqəndliyə “qanuni oğru” tituluna görə yardım etmədi - Fotolar
Tarix: 24-04-2019 15:29 | Bölmə: Slayd
Quli səmərqəndliyə “qanuni oğru” tituluna görə yardım etmədi

Yenicə “qanuni oğru” adı verilən Axtam Yakubov (Axtam Səmərqəndli) öz titulundan bunu əldə edəndən iki həftə sonra məhum olub. Özü də onun səlahiyyətlərini onu “taclandıranlar” dayandırıb.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Özbəkistanda anadan olan “ailəyə” aprel ayının əvvəlində Türkiyədə keçirilən “yığıncaqda” qəbul olunub. Həmin “yığıncağa” “qanunçular” David Çxikvişvili (Dato Surqutski) və Teymuraz Nemsitsveridze (Tsripa) da qatılıb. Ancaq onların fəaliyyətini “oğru aləmi”ndə mənfi qarşılanıb, onların qərarı qanunsuz, Yakubovun özü isə “oğru” adı üçün layiq olmayan kimi dəyərləndirilib.

Quli səmərqəndliyə “qanuni oğru” tituluna görə yardım etmədi
Axtam Səmərqəndli

Məlum olub ki, bu günlərdə Türkiyədə yeni “yığıncaq” keçirilıməli və “taclandırma”nın təşəbbüsçülərindən bunun səbəbinin soruşulması planlaşdırılıb. İndi “xaç ataları”nın Yakubova qarşı bu davranışını onların haqsızlığı kimi izah etmək olar, ancaq onlar ictimaiyyət qarşısında onsuz da cavab verməlidir. Özü də onlar Axtam Səmərqəndliyə izah ediblər ki, bu yalnız onun səlahiyyətinin müvəqqəti dayandırılmasıdır və yeni “yığıncaq”da adı qaytarılacaq.

Quli səmərqəndliyə “qanuni oğru” tituluna görə yardım etmədi
Dato Surqutski

“Oğrular”ın çoxunun, o cümlədən “xaçlanmaya” daxil olan “Kutaisi” klanının fikrincə, əvvəllər taxtdan salınmış nə Tsripanın kürəkəni Teymuraz Çuradzenin (Aleko Şoşiya), nə də Roman Cəfərovla (Romik Kürd) münaqişədə olan artıq üçüncü dəfə statusundan məhrum edilən Roman Xmaladzenin (Roma Batumskinin) kimisə “taclandırmaq” hüququ olmayıb. Dato Surqutskiyə gəldikdə, onun “xaçlandırdıqları” arasında öz titulunu qoruya bilməyən Axtam artıq birinci deyil.

Axtam Səmərqəndliyə qarşı məzəmmət isə onun ləyaqətsiz davranışlarına görə irəli sürülüt. Hüseyn Əhmədov (Hüseyn Slepoy) xatırladıb ki, Axtam Birləşmiş Ərəb Əmirliklərində uzun müddət həbsxanada cəza çəkəndə öz qaydalarının tətbiq etməyə cəhdinə görə çeçenlər tərəfindən döyülüb.

Quli səmərqəndliyə “qanuni oğru” tituluna görə yardım etmədi
Teymuraz Çuradze arvadı ilə

Bunu Merab Canqveladze (Merab Suxumski) də təsdiqləyib. O, bununla bağlı Yakubovla bir yerdə yatan kriminal “avtoritet” Kazbek Dukuzovla (o, Forbes”in redaktoru Pol Xlebnikovu öldürməkdə şübhəli bilindiyindən beynəlxalq axtarışdadır) da əlaqə zamani bunun təsdiqləndiyini bildirib.

Məlumata görə, Axtam titulunun geri alınmaması üçün nüfuzlu azərbaycanlı Nadir Səlifova (Quli) kömək üçün müraciət edib. Lakin Quli onunla görüşməkdən belə imtina edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}