Türkiyədə “qanuni oğrular”ın böyük yığıncağı keçirildi
Tarix: 25-04-2019 18:17 | Bölmə: Slayd
Türkiyədə “qanuni oğrular”ın böyük yığıncağı keçirildi

Türkiyədə “qanuni oğrular”ın son illərdə ən böyük “yığıncağı” keçirilib.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, 30-dan çox “qanuni oğru” İstanbul şəhəri ətrafındakı şəxsi villalardan birinə toplaşıblar.

Onların arasında Ramaz Dznemadze (Ramiz Kutaisski), Koba Axvlediani (Koba Suxumski), Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Qeorqi Mukbaniani (Qişaşo) və çox sayda digərləri olub.

Məlumata görə, əsas müzakirə mövzusu “avtoritet” Axtam Yakubovu (Astam Səmərqəndli) “taclandıran” David Çxikviaşvili (Dato Surquyski) və Teymuraz Nemsitveridzenin (Tsripa) davranışları olub. Xatırladaq ki, bu, “oğru aləmi”nin qalan üzvlərinin mənfi reaksiyasına səbəb olub. Onların fikrincə, bu qərar qanunsuzdur, Yakibovun özü isə “oğru” adı üçün layiq deyil.

Onların qərarının dəyişdirməyə məcbur edən əsas səbəb isə Krasnodar diyarındakı həbsxanalardan birinə təxminən 10 il cəza çəkmək üçün yatan Şakro Molodoydan gələn “malyava” olub. O, göndərişində “oğrular”ın 2015-ci ildə keçirilən böyük sammitinin qərarını xatırladıb. Həmin qərara əsasən, yeni “taclanma” qadağası qoyulub. Həmin qərarla orada iştirak edən Dato Surqutski də razılaşıbmış. Ona görə də indi ona Axmatı tituldan özünün məhrum etməsi təklif olunub. Əks halda bu məsələ Datonun özünə baha başa gələ bilər.

Vəziyyəti dəyərləndirən Dato və Tsrip Ramaz Dzneladze ilə əlaqə yaradaraq geri çəkildiklərini elan ediblər. Ancaq şərtləri də olub: onlar “oğru” xətti ilə tədbir görülməyəcəyinə təminat da istəyiblər.

İstanbul “yığıncağı”nın sonunda bu hadisəyə xüsusi diqqət ayrılmamasını qərara alıblar. Eyni zamanda, toplaşan “qanuni oğrular” yeni “taclanma” qadağası ilə bağlı Yerevan sammitinin qərarı ilə bir daha razılaşdıqlarını bəyan ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər