“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb - Fotolar
Tarix: 26-04-2019 10:47 | Bölmə: Slayd
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb

Bakı şəhəri də daxil olmaqla ölkəmizin müxtəlif ərazilərində yaşıllıqların məhv edilməsi barədə ayrı-ayrı KİV-lər vasitəsilə müvafiq qurumlara ünvanlanmış müraciətlərə tez-tez rast gəlinir.

Reyting.az
-ın məlumatına görə, ölkə ərazisində “yaşıl soyqırımı”nın baş verdiyini redaksiyalara göndərilən şikayət məktublarına əlavə edilmiş foto və video-görüntülər də təsdiqləyir.

Reyting.az saytı 7NEWS.az-a istinadla bildirir ki, sıravi vətəndaşlar bu “terror”a qarşı mübarizə aparsalar da, aidiyyatı qurumlar bəzən problemə göz yumurlar.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı ölkənin bütün regionlarında beynəlxalq səviyyəli ekoloji layihələr həyata keçirir. Məhz bu layihələr çərçivəsində minlərlə yeni ağac əkilir, ölkəmizin fauna və florasının qorunması istiqamətində ciddi addımlar atılır. Prezident İlham Əliyev isə dəfələrlə Nazirlər Kabinetinin iclaslarında ekologiyaya qarşı qanunsuz fəaliyyət göstərənlərin dərhal cəzalandırılmasını, müvafiq hüquqi addımların atılması ilə bağlı ciddi tapşırıqlar verib. Lakin bəzi məmurlar müəyyən şəxsi maraq qarşılığında bu tapşırıqları yerinə yetirmirlər.

Bu dəfə “yaşıl soyqırımı”ndan Tərtər rayon sakini, şəhid ailəsinin üzvü Kamela Süleyman qızı Həsənova yazıb.

K. Həsənova yazır ki, yol çəkilişi zamanı onun və oğlunun Tərtər rayonunun Buruc kəndində olan mülkiyyətinə xeyli ziyan vurulub, 70-80 illik 100-dən çox tut, gər və digər ağacları kökündən çıxarıblar. Çıxarılan bəzi ağacları isə 15-20 illik 60 yaxın meyvə ağacının üzərinə yıxmaqla onları da məhv ediblər.

Şikayətçi qeyd edir ki, baş verən ekoloji terrorla bağlı “161 Qaynar Xətt”inə müraciətlərinə cavab olaraq bildiriblər ki, şəxsi mülkiyyət olduğu barədə sənəd verib, məhkəməyə müraciət etsinlər. Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı isə şikayətçinin bununla bağlı prokurorluğa yazdığı şikayətinə qərəzli baxıb: “O, məhv edilən ağaclarımızın sayını az göstərdi və bunun kimlər tərəfindən edildiyini tam araşdırmadı”.

Tərtər Rayon İcra Hakimiyyətinin isə şikayətə və təqdim edilmiş foto-şəkillərə cavabı “Biz orada ağac qırmamışıq, kol-kos təmizləmişik”,- olub.

K. Həsənova müraciətində yazıb ki, həyətyanı sahəsində məhv edilən yüzlərlə ağacı məhkəmə üçün maddi sübut kimi saxlayıblar: “Çünki heç bir qurum ağacları saymamışdı, Tərtər Rayon İcra Hakimiyyəti isə bunu kol-kos adlandırmışdır. Bununla bağlı cənab Prezdentimizə və digər qurumlara məktublar göndərdik. Bundan sonra (6 dekabrda, axşam saatlarında) kənd icra nümayəndəsi ilə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları bizim Mingəçevir şəhərində olmağımızdan istifadə edib 6 ədəd “KamAZ” markalı yük maşını və traktorlar vasitəsilə ağacları oğuradılar”.

Şikayətçi baş vermiş ekoloji terrorla bağlı fotoları da redaksiyaya göndərib. Onlardan bir neçəsini təqdim edirik:

“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb

“Bu gördüyünüz yol kənarındakı bizə və ailəmizə məxsus olan və yol çəklişi zamanı çıxarıb meyvə ağaclarının üzərinə yıxdıqları ağacların fotolarıdır”.

“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb

“Bu, kəndin aşağı hissəsində yerləşən sakinlərə məxsus ağaclarıdır. Kökündən çıxarılaraq gətirilib, burada doğranıb, odunlarını aparıb, köklərin burada basdırdıqları ağac qəbirsanlığıdır. Kənd sakinlərini “dövlət layihəsidir” adı ilə qorxuzaraq susdurublar”.

“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb
“Yaşıl soyqırımı” ört-basdır edirlər – Məmurlar vətəndaşın həyətindən maddi sübutları oğurlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər