BMT Ermənistanın saxtakarlığı ilə bağlı bəyanat yayıb
Tarix: 26-04-2019 19:04 | Bölmə: Slayd
BMT Ermənistanın saxtakarlığı ilə bağlı bəyanat yayıb

Ermənistan hökuməti tərəfindən BMT İnsan Haqları Şurasının 40-cı sessiyasının sənədləri kimi 2 sənədin qəbulu və yayılması ilə bağlı mediada gedən xəbərlərlə bağı BMT bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu sənəd Ermənistan hökuməti tərəfindən İnsan Haqları Şurasına Ermənistanın “note verbale” formasında təqdim etdiyi sənədə əlavədir.

Reyting.az-ın məlumatına görə, BMT-nin bəyanatında deyilir ki, üzv ölkə həmin orqanın rəsmi sənədi kimi İnsan Haqları Şurası qismində BMT-nin hökumətlərarası orqanının işinə uyğun hesab etdiyi sənədi yaymaqla bağlı müraciət edə bilər. “Bu sənədlər qəbul edildiyi şəkildə yayımlanır. Katiblik rəsmi sənəd kimi yayımlanan bu sənədin məzmununa görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət sənədin yayılması üçün müraciət edən ölkənin üzərinə düşür”,- deyə bəyanatda bildirilir.




Bölməyə aid digər xəbərlər