Bir ildə 788 uşaq özünü öldürüb - İntiharlar artır
Tarix: 26-04-2019 20:51 | Bölmə: Slayd
Bir ildə 788 uşaq özünü öldürüb

Rusiyada 2018-ci ildə uşaq intiharlarının sayı 14 faiz artıb.

Reyting.az Rusiya mətbuatına istinadla bildirir ki, bunu uşaq hüquqları üzrə müvəkkil Anna Kuznetsova söyləyib.

O, Statistika Komitəsinin məlumatını aşıqlayıb: 2017-ci ildə 692, ötən il 788 uşaq intiharı qeydə alınıb.

Kuznetsovanın sözlərinə görə, bu, özbaşına qaldıqlarını, böyüklərin onları dinləmədiklərini və problemlərini araşdırmadıqlarını sübut edir.

Onun fikrincə, bu problemin araşdırılması vacibdir: “Bu, prinsipial vəzifədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər