Əli Həsənov: “Yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur”
Tarix: 26-04-2019 23:53 | Bölmə: Slayd
Əli Həsənov: “Yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur”

“Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədənyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylıı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir. Bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər”.

Reyting.az-ın məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov təəssüflə qeyd edib ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar: “Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub”.

Ə. Həsənovun sözlərinə görə, yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur: “Bu üsulla populyarlıq qazanmaq istəyənlər isə ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Onlar bu həqiqəti nə qədər tez başa düşsələr, bir o qədər həm özləri, həm də ətrafları üçün yaxşı olar”.




Bölməyə aid digər xəbərlər