Bakıdakı avtobus qəzasında 27 nəfər xəsarət alıb
Tarix: 27-04-2019 23:10 | Bölmə: Slayd
Bakıdakı avtobus qəzasında 27 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub. Reyting.az-ın məlumatına görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Yaralılardan 3-ü uşaqdır.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumatına görə, qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, 16 nəfər evə buraxılıb. Digərləri hazırda xəstəxanada müalicə alır.

Qzanın Hava limanı avtomagistralında baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a deyib ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər