Kim Çen Inın limuzinlərinin sayı istehsalçı şirkəti təəccübləndirib - Foto
Tarix: 27-04-2019 23:30 | Bölmə: Slayd
Kim Çen Inın limuzinlərinin sayı istehsalçı şirkəti təəccübləndirib

Almaniyanın avtomobil konserni "Daimler" bəyan edib ki, Şimali Koreynın lideri Kim Çen Inın onların istehsalı olan limuzinləri necə əldə etdiyindən xəbərləri yoxdur.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu dəbdəbəli avtomobilin Şimali Koreyaya satışı BMT-nin sanksiyası ilə qadağandır.

Kim Çen Inın bu həftə səfərə gəldiyi Vladivostokda onu Mercedes Maybach S600 Pullman Guard Mercedes Maybach S62 limuzinləri gözləyib.

Şimali Koreyanın lideri S600 Pullman Guard ilə həmçinin ABŞ prezidenti Donald Trampla hər iki görüşünə də gəlib.

Kim Çen Inın limuzinlərinin sayı istehsalçı şirkəti təəccübləndirib

Şirkətdən bildirilib ki, Daimler Şimali Koreya ilə artıq 15 ildən çoxdur ticarət etmir və Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına ciddi əməl edir.

“Şimali Koreyaya və onun nümayəndəliyinə bu avtomobillərin çatdırılmasına Daimler hərtərəfli nəzarət edir. Avtomobillərin üçüncü şəxslər vasitəsilə satılması bizim nəzarətinizdə və cavabdehliyimizdə deyil”, - konsernin nümayəndəsi söyləyib.

Aprelin 25-də Vladivostokda Kim Çen Inla Rusiya prezidenti Vladiir Putinin görüşü olub. Onlar Koreya yarımadasındakı vəziyyətin nizamlanması, eləcə də Rusiya-Koreya münasibətlərinin inkişafını müzakirə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər